Suraxanı rayonunda mənzildə meyit tapılıb. Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə gələn əməkdaşlar qapını açdıqdan sonra içəridə 1 nəfərin cansız bədənini aşkar ediblər. Cəsəd aidiyyəti üzrə təhvil verilib.