Bakıda naməlum kişi meyiti aşkar olunub. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 11 iyun tarixində xəbər verir.
Mayın 24-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində meyiti aşkar edilmiş 55-60 yaşlı naməlum kişinin yaxınları axtarılır.
"Kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 - Zəng Mərkəzi”nə, həmçinin Suraxanı Rayon Polis İdarəsinə (012) 452-02-02 şəhər və (070) 299-06-08; (050) 299-07-08 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.
[URIS id=48187]