Suraxanı rayonunda motosiklet qəzaya düşüb. Bu haqda bu gün, 28 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
46 yaşlı Fərid Məlikov motosikletlə hərəkətdə olan zaman avtomobillə toqquşub. Nəticədə o, qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Təfərrüatlar araşdırılır.