Bakının Suraxanı rayonunda avtoyuma məntəqəsindən oğurluq əməlində şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata əsasən, avtoyuma məntəqəsindən 3220 manat dəyərində avadanlıq oğurlanıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş D.Alışov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.