Suraxanı rayonunda avtomobil qaçıran şəxs saxlanılıb. Bu haqda 7 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Suraxanı qəsəbəsi ərazisində iyunun 5-də Q.Mənsimova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən nəqliyyat vasitəsi sahibinin oğlu R.Mənsimov avtomobillə birgə saxlanılmışdır.
Faktla bağlı araşdırma aparılır.