Suraxanı rayonunda yerləşən yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə binanın 12-ci mərtəbəsində baş verib. Ümumi sahəsi 60 kv.m olan 2 otaqlı mənzilin eyvanı 5 kv.m sahədə alışıb. Nəticədə eyvandakı məişət və taxta tullantılar kül olub. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.