Bakının Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Binanın beşinci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan 3 otaqlı mənzilin bir otağında ev əşyaları qismən, 3 kv.m sahədə və elektrik qızdırıcısı yanıb. Hadisə yerinə cəlb olunan FHN əməkdaşları yanğını söndürüblər.
Hadisə zamanı xəsarət alan olmayıb.