Bakının rayonunda ağacların qanunsuz kəsimi aşkarlanıb. Bu haqda bu gün, 23 avqust tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Paytaxtın Suraxanı rayonunun Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzinin həyətyanı sahəsində ağacların qanunsuz kəsildiyi məlum olub.
“Aşkar olunan faktla bağlı yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib”, - deyə Dövlət Ekoloji Xİdmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.