Bakının Suraxanı rayonu ərazisində birmərtəbəli 2 otaqlı evdə yanğın olub. Bu haqda bu gün, 17 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Evin bir otağının döşəməsi, soyuducu qismən və döşək yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.