Suraxanı rayonunda yaşayış evi yanıb. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 4 otaqlı evdə qeydə alınıb. Nəticədə tikilinin dam örtüyü 40 kv.m sahədə, mətbəx isə 35 kv.m sahədə yanıb. Evə bitişik olan talvar isə 10 kv.m sahədə alışıb. Evin və ətraf infrastrukturun digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.