Suraxanı rayonunda avtomobillər yanıb. Bu haqda bu gün, 14 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 40 kv.m olan tikilinin dam örtüyündə baş verib. Nəticədə dam örtüyü tamamilə, eləcə də “Mercedes” markalı minik avtomobili tam, “Hyundai” markalı minik avtomobili isə qismən yanıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.