Paytaxtın Suraxanı rayonunda həyətyanı sahədə yanğın olub. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Sahədə yığılan 1,4 ton ot bağlaması yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.