Bakının Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yanğın baş verib. Bir nəfər həlak olub. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 78 kv.m olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və 1 ədəd kreslo qismən yanıb. Hadisə yerinə cəlb olunan FHN əməkdaşları 1 nəfərin yanmış meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Yanğın söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.