Suraxanı rayonunda avtoqəza yanğına səbəb olub. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
"Hovo" markalı yük avtomobili və "Opel" markalı minik avtomobili toqquşub. Nəticədə yük avtomobilinin 5 ədəd qabaq təkəri yanıb. Avtomobilin qalan hissəsi və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.