Bakıda lampa oğrusu saxlanılıb. Bu haqda 2 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Suraxanı rayonu ərazisində mayın 28-dən 31-dək olan müddətdə yolun işıqlandırılması üçün quraşdırılmış “Bakı Abadlıq" MMC-yə məxsus 1295 manat dəyərində 37 ədəd lampa oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində lampa oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.