Paytaxtın Suraxanı rayonunda yol qəzası qeydə alınıb. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 2 iyul tarixində xəbər verir.
Hövsan şosesində hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobus ilə "Opel Astra" markalı minik avtomobili toqquşub.
Qəza zamanı mikroavtobusda olan yeddi sərnişindən üçü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.