Paytaxtın Suraxanı rayonunda yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 130 kv.m olan ikimərtəbəli evin 2-ci mərtəbəsi 30 kv.m sahədə alışıb. Tikilinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.