Bakının Suraxanı rayonu, Günəşli qəsəbəsində avtoyuma məntəqəsində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Yanğın zamanı 3 nəqliyyat vasitəsi – “Mercedes Vito” tam, “Toyota Prius” və “Mercedes” markalı avtomobillər İsə qismən yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.