Bakıda bir nəfərin evində 4 kilqoramdan çox narkotik vasitə olan marixuana aşkarlanıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 28 may tarixində xəbər verir.
Suraxanı rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan P.Hüseynlidən 19 qramdan artıq marixuana aşkar edilmişdir.
Daha sonra axtarış tədbirləri nəticəsində onun Zığ qəsəbəsində yaşadığı evə baxış zamanı oradan əlavə 4 kiloqram 200 qram marixuana götürülüb.
Araşdırmalar davam edir.