Bakının Suraxanı rayonunun eyniadlı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
45 yaşlı Rafael Məmmədov çay evində dalaşan zaman bıçaqlanıb. O, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.