Bakının Suraxanı rayonunda yerləşən evdə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 16 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ərazidə yerləşən birmərtəbəli tikilidə qeydə alınıb. Ümumi sahəsi 120 kv.m olan evin dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə və taxta üzlüyü 30 kv.m sahədə yanıb. Xəsarət alan olmayıb.
Tikilinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.