Bakının Suraxanı rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) isitnadən xəbər verir.
Alışma birmərtəbəli evdə qeydə alınıb. Ümumi sahəsi 90 kv.m olan 3 otaqlı evin yanar konstruksiyaları 57 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.