Bakının Suraxanı rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı ev təmamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.