Paytaxtın Suraxanı rayonunda ikimərtəbəli ev yanıb. Bu haqda bu gün, 3 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 220 kv.m olan tikilinin birinci mərtəbəsi 6 kv.m sahədə alışıb. Evin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.