Paytaxtın Suraxanı rayonunda qanunsuz silah gizlədən şəxs tutulub. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı Camal Quliyev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman orada 1 ədəd “Kalaşnikov” markalı odlu silah aşkar edilib. C.Quliyev silahı bir neçə ay əvvəl əldə etdiyini və özündə gizli saxladığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_96124" align="alignnone" width="640"]
Foto DİN-nin mətbuat xidməti[/caption]