Bakının Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində dava bıçaqlanma ilə nəticələnib. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
31 yaşlı Əhməd Kəlbiyev dava zamanı tanışı tərəfindən bıçaqlanıb. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Müayinə zamanı onun döş qafəsində kəsilmiş-deşilmiş yarası olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.