Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Bu barədə BakuPlus.az Apa-ya istinadən bu gün, 4 yanvar tarixində xəbər verir.
Ötən gün Suraxanı rayonunda saat 18:00 radələrində 38 yaşlı Eldəniz Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobilə sükana nəzarəti itirməsi nəticəsində maşın elektrik dirəyinə çarpılıb və aşıb.
Qəza zamanı E.Əhmədov və sərnişin Məmməd İsgəndərov dünyasını dəyişiblər.
Digər sərnişin, 56 yaşlı Oqtay Qurbanov ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.