Bakıda evdə meyit aşkar olunub. Bu barədə 17 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ötən gecə Suraxanı rayonunda FHN-in əməkdaşları mənzildən 1 nəfərin meyitini aşkar ediblər. Mərhum mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açaraq nəşi çıxarıblar. Ölənin şəxsiyyəti dəqiqləşdirilir.
Meyit aidiyyəti üzrə təhvil verilib.