Bakının Suraxanı rayonunda narkotik aşkarlanıb. Bu haqda bu gün, 19 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyət tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elşən Ələkbərov saxlanılıb. Ondan və Əmircan qəsəbəsində yaşadığı evdən ümumilikdə heroin, metamfetamin və 1 kiloqram 650 qram marixuana tapılıb.
Faktla bağlı araşdırmalar davam edir.