Paytaxtın Suraxanı rayonunda narkotik satan şəxslər tutulublar. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Aynur Zeynallı Suraxanı dəmir yolu stansiyasında tutulub. Onun üzərində və yaşadığı evdə ümumilidkə 21 büküm heroin, marixuana və metamfetamin aşkar edilib. A.Zeynallı narkotikləri Zaur adlı şəxsdən aldığını bildirib.
Keçirilən digər əməliyyat zamanı Bakı şəhər sakini Zaur Qurbanov tutulub. O, ifadəsində narkotik alveri ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı araşdırmalar davam edir.