Bakının Suraxanı rayonunda spirtli içki və narkotik vasitələrin təsiri altında olan sürücü saxlanılıb. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Rayon ərazisində Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən sürətlə hərəkət edən “Toyota Prius” markalı avtomobil saxlanılıb. Müşahidə kameralarının köməkliyi ilə avtomobil saxlandıqdan sonra sürücünün sərnişinlə yerini dəyişdiyi məlum olub.
Keçirilən araşdırmalar zamanı sürücü Rza Ağayevin sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyi məlum olub. Müayinə zamanı özünü qazi kimi təqdim edən şəxsin sərxoş və narkotik vasitələrin təsiri altında olduğu və bu vəziyyətdə taksi fəaliyyəti ilə məşğul olduğu aşkar olunub.
Hadisə ilə bağlı protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Rza Ağayev 20 gün müddətinə inzibati qaydada həbs olunub.