Bakının Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən fermadan oğurluq edilib. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, dekabrın 7-də ərazidə yerləşən fəaliyyət göstərməyən bir fermadan 2500 manat dəyərində qapı və pəncərələr oğurlanıb.
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Ə.Cəfərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.