Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, evlərin birindən dəyəri 1000 manat olan su qızdırıcısı və radiatorları oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən İ.Abbasov saxlanılıb.
Hazırda araşdırmalar aparılır.