Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsindən verilən məlumata əsasən, ərazidə yerləşən stomatoloji kabinetlərin birindən 7500 manat dəyərində tibbi avadanlıq, notbuk və 9 qızıl diş oğurlanıb.
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 38 yaşlı Firudin Babayev saxlanılıb.
Əlavə olaraq saxlanılan şəxsdən 4 qram heroin aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.