Suraxanı rayonu, Qaraçuxur və Zığ qəsəbələrində heyvan kəsimi məntəqələrində reydlər keçirilib. Bu haqda 4 iyul tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidməti məlumat verib.
Obyektlərin qanunsuz fəaliyyət göstərməsi və orada heyvan kəsiminin baytarlıq nəzarəti olmadan həyata keçirildiyi məlum olub. Həmçinin qida təhlükəsizliyi qaydalarına riayət olunmadığı müəyyənləşib.
Keçirilən yoxlama zamanı qəsəbə ərazisində 5 məntəqədə qanun pozuntuları aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, kəsimlə məşğul olan şəxslərə maarifləndirici məlumatlar verilib.
[caption id="attachment_51012" align="alignnone" width="896"]
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi[/caption]