Paytaxtın Suraxanı rayonunda sərnişin avtobusu qəzaya düşüb. Bu haqda bu gün, 24 mart tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Zığ-Hövsan yolunda 103 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Nəticədə sonuncu maşın deformasiyaya uğrayıb. Xəsarət alanlar barəsində məlumat yoxdur.
Araşdırmalar davam edir.