Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 22 avqust tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun “Qum adası” adlanan ərazisində baş verib. 41 yaşlı Aynurə Kazımova yaşadığı evdə 34 yaşlı Ramil Hüseynovla görüş təyin edib. Həmin vaxt evə gələn qadının oğlu Ramil Rauf oğlu R.Hüseynovu döş qəfəsindən , anasını qarnından bıçaqlayıb.
Hadisə törədən şəxs sonda Təcili Tibbi Yardıma zəng edib və polis bölməsində təslim olub. Yaralılar xəstəxanaya yerləşdiriliblər. R.Hüseynovun vəziyyəti ağırdır.