Paytaxtın Suraxanı rayonunda uşağın üstünə avtomobil aşıb. Bu haqda bu gün, 24 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Belə ki, yük avtomobili yolu keçən 8 yaşlı D.Süleymanlının üzərinə aşıb. Nəticədə azyaşlı açıq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Təfərrüatlar araşdırılır.