Bakının Suraxanı rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 19 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma yeddimərtəbəli yaşayış binasında qeydə alınıb. Tikilinin yeddinci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.