Bakının Suraxanı rayonunda yerləşən birmərtəbəli evdə yanğın olub. Bu haqda bu gün, 18 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 100 kv.m olan 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.