Bakının Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə tikilinin 4-cü mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 35 kv.m olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Mənzilin qalan hissəsi alovdan mühafizə olunub.