Bakının Suraxanı rayonu, Hövsan yolunda yol qəzası baş verib. Bu haqda bu gün, 2 oktyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
“Toyota Corolla”nın sürücüsünün hərəkətdə olan zaman idarəetməni itirməsi nəticəsində avtomobil işıq dirəyinə çarpılıb. Qəzanın nəticəsində 2 nəfər xəsarət alıb. Zərərçəkənlərdən birinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.