Suraxanı rayonunda piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
40 yaşlı Qoşqar Xudiyev avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.