Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 9 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
26 yaşlı Fariz Şabanyev yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən zaman onu avtomobil vurub. Qəza nəticəsində Şabanyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.