Bakının Suraxanı rayonunda polis tərəfindən heroin aşkar olunaraq ələ keçirilib. Bu haqda bu gün, 10 noyabr tarixində Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat verib.
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş paytaxt sakini S.Soltanov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq heroin götürülüb.
Həmçinin məlum olub ki, o, rayon ərazisində yerləşən 4 evdən qızıl-zinət əşyaları, mobil telefon, samovar, kondisioner mühərriki, televizor və qaynaq aparatı oğurlayıb. Faktla bağlı araşdıma aparılır.