Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində məktəbdən oğurluq edilib. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı sakinləri Asif Əliyev və Anar Qilado internat məktəbindən 20 ədəd pəncərə, eləcə də Nizami rayonunda anbardan 3900 manat dəyərində metal qırıntıları oğurlamaqda şübhəli bilinərək saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam edir.