Paytaxtın Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində avtoqəza ölümlə nəticələnib. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bərdə rayon sakini N.Əlizadə sürücüsü olduğu “Mercedes” markalı avtomobillə yolu keçən Bakı sakini Nizami Rəsulovu vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam edir.