Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb. Bu haqda bu gün, 9 yanvar tarixində Bakuplus.az Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə istinadən məlumat verir.
Həmin müəssisədə cəza çəkən Mehman Səmədovun atası Şöhrət Səmədov övladına əncir mürəbbəsinin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,710 qram heroin və 0,147 qram metamfetamin göndərməyə çalışıb.
Faktla bağlı araşdırma aparılır.