Bakının Xəzər rayonu, Türkan qəsəbəsində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, evlərdən birinin həyətindən 4 baş qoyun oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində şübhəli bilinən Aydın Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.