Bakının Xəzər rayonu, Türkan qəsəbəsində naqilləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 17 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Qəsəbə ərazisində 2 daş karxanasından və bir transformatordan ümumilikdə 7700 manat dəyərində naqil oğurlanıb.
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini Zamin Cəfərov müəyyən olunaraq saxlanılıb.